Türk məşqçi Arda Turan Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi postunda rəsmi oyunlarda debüt edib.

Offsideplus.az xəbər verir ki, onun komandası Avropa Liqasının birinci təsnifat mərhələsində "İlves"lə (Finlandiya) qarşılaşıb.

Matç "Şaxtyor"un 6:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyun Ukraynadakı mövcud müharibə şəraitinə görə Sloveniyada keçirilib.

Donetsk təmsilçisi turu adlayacağı təqdirdə, ikinci təsnifat mərhələsində Türkiyə nəhəngi "Beşiktaş"la üz-üzə gələcək.