"Sabah"ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində "Çelye" komandasına qarşı baş tutacaq oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, iyulun 10-da Bakıda keçiriləcək qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deçepi, VAR köməkçisi qazaxıstanlı Aidin Tassabayev olacaq.
İyunun 17-də Sloveniyadakı matçda isə bolqarıstanlı hakimlər iş başında olacaq. Qarşılaşmanı Draqomir Draqanov idarə edəcək. Ona Xristo Hacıyiski və Krasimir Atanasov yardım edəcək. Dördüncü hakim funksiyasını Martin Zivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.