UEFA "Qarabağ" klubuna ödəniş edib. 

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu Ağdam təmsilçisinə Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro ayırıb. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində keçirdiyi 8 oyundan 7-də məğlub olub, 1-də qələbə qazanıb (Bodo/Qlimt).