Azərbaycan Kubokunun qalibi "Sabah" UEFA Avropa Liqasına Avstriyada hazırlaşacaq.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu məqsədlə iyunun 22-də Avstriyanın Qrats şəhərinə yollanacaq.

"Bayquşlar" burada iyulun 5-dək təlim-məşq toplanışında olacaqlar.

Hazırlıq prosesi çərçivəsində paytaxt klubu iki yoxlama oyunu keçiriləcək.

İyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş”la (Macarıstan) yoldaşlıq görüşləri baş tutacaq.

Qeyd edək ki, "Sabah" yeni mövsümdə ilk rəsmi matçını iyulun 10-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasına qarşı keçirəcək.

Onu da əlavə edək ki, bu gün litvalı Valdas Dambauskas "Sabah"a baş məşqçi təyin olunub.