UEFA Avropa Liqası finalının ən yaxşı oyunçusunun adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu mükafata "Tottenhem"in kapitanı Kristian Romero layiq görülüb.

27 yaşlı argentinalı müdafiəçi "Mançester Yunayted"in saysız-hesabsız hücumlarının qarşısında alınmasında fəal iştirak edib.

Xatırladaq ki, "Tottenhem" 1:0 hesabı ilə qalib gələrək həm Avropa Liqasının kubokuna sahib çıxıb, həm də növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququna yiyələnib.