"Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Avropa Liqasının final matçında "Tottenhem"ə məğlubiyyətdən (0:1) sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı çalışdırıcı mövsümü uğursuz başa vurmalarına baxmayaraq, içini davam etdirmək istədiyini söyləyib.

"Mən klubları dəyişərkən o qədər uzun zaman gözləmişəm ki... Çünki "Mançester Yunayted"də işləməyi çox arzulayırdım. Klub rəhbərliyi nə qədər istəsə, mən burada qalacağam", - deyə R.Amorim vurğulayıb.

O, komandanın oyunun yaxşılaşdığını bildirib: "Əvvəllər biz bu qədər qol epizodları yarada bilmirdik. İndi isə bu, belə deyil. Mən öz oyunçularına inanıram. Mənim işim onların oyununu yaxşılaşdırmaqdır. Bu ilin yanvarında çox dəyişikliklər etmək imkanı yox idi. Çünki bir deyil, bütün futbolçular şanslarını itiirdilər". 

Qeyd edək ki, Avropa Liqasının finalında uduzan "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasında rüsvayçı nəticə (16-cı yer) göstəriblər.