"Digər komandalar kimi matçın sonunda o qürur hissini hiss etmədən yoxa çıxmaqdansa, bu şəkildə mübarizədən kənarlaşdırılmaq daha yaxşıdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Reyncers"lə Avropa Liqasının 1/8 final mərhələsindəki matçdan sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo səsləndirib. Portuqaliyalı mütəxəssis hakimlikdən də şikayət edib:
"Ağlımdan keçənləri ifadə edə bilmirəm, çünki UEFA tərəfindən cəzalandırılmaq istəmirəm. Ümid edirəm ki, bu il Avropada başımıza gələnlər Budapeştdə oynanılan finalın nəticəsi deyil. Ümid edirəm ki, bunlar ondan asılı olmayan adi şeylərdir. İstər "Lill" matçında 120-ci dəqiqədə qapımızıa təyin edilən penalti, istər "Mançester Yunayted" matçı, istərsə də bu gün hakimin 3 penaltimizi verməməyi... VAR hakimi dünyanın ən yaxşı VAR hakimlərindən biri sayılan holland Pol van Bukeldir. Ediləcək bir şey yoxdur, amma oyunçularıma görə çox üzgünəm".
Əlavə edək ki, "Fənərbağça" "Reyncers"ə penaltilər nəticəsində məğlub olaraq mübarizəni dayandırıb.