"Hollandiyada 1:4 hesabı ilə uduzmağımız bizi çox məyus etdi. Çünki məğlubiyyətə öyrəşməmişik. Bu mövsüm cəmi 2 dəfə məğlub olmuşuq: "Ayaks" və "AZ Alkmaar"la oyunlarda".
Offsideplus.az xəbər verir ki, bu sözləri Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü ərəfəsində keçirilən mətbuat konfransında deyib.
Gənc çalışdırıcı ötən həftə "AZ Alkmaar"la matçda qeydə alınan məğlubiyyətin revanşını çıxmağa çalışacaqlarını söyləyib: "Həmin oyunda heyətlə bağlı problemlərimiz var idi. Azarkeşlərimiz narahat olmasınlar. Onları bu dəfə seviindirəcəyik. Bu mövzuda bizə güvənsnlər".
Qeyd edək ki, "Qalatasaray" - "AZ Alkmaar" matçının start fiti bu gün Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.