Türkiyənin ən uğurlu klublarından biri olan “Qalatasaray”, Avropa arenasında uğursuz seriyasını davam etdirir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ötən gecə "Az Alkmaar"a bpyük hesabla məğlub olub-1:4. Bununla da, komanda son 5 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə UEFA Avropa Liqasının Liqa mərhələsində “Totenhem” üzərində qazandığı qələbədən sonra İstanbul təmsilçisi ardıcıl 5 oyunda meydanı qalib tərk edə bilməyib.

Baş məşqçi Okan Buruk açıqlamasınd komandanın bu durumu dəyişəcəyinə inandığını bildirib.