"Qarabağ" oyuna yaxşı başlamışdı. Rəqibi pressinq tətbiq etməklə topsuz qoymağa çalışırdı və buna nail olurdu. İlk 10 dəqiqədə çox yüksək performans sərgilədilər".
Bu sözləri Offsideplus.az - a açıqlamasında Arif Əsədov Avropa Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayaks" oyunu barəsində danışarkən bildirdi.
Mütəxəssis Julio Romaonun kobud səhvini vurğuladı:
"Məncə oyunun əsas dönüşü Romaonun gərəksiz aldığı qırmızı vərəqə oldu. Situasiyanı düzgün dəyərləndirmədi. Daha sadə oynayıb topu qapıçıya da ötürmək olardı".
A.Əsədov qırmızı kartın komandanın oyununa təsirindən danışdı:
"Bu rəqibə qarşı 10 nəfərlə mübarizə aparmaq olduqca çətindi. Buna baxmayaraq komandamız yenə də rəqibi sıxmağa çalışırdı. Amma, təbii ki, fiziki güc sözünü deyir. Dəqiqələr artdıqca qüvvə tükəndi və səhvlər artdı. Fikrimcə, ikinci qoldan sonra məsələ həll olunmuşdu. Ümumi nəzər yetirsək təmsilçimiz pis oyun sərgiləmədi. "Ayaks" kimi komandalar kifayət qədər təcrübəlidir. Görünən odur ki, bizim klublar o səviyyəyə çatmaq üçün hələ çox çalışmalıdırlar".