Sabah Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ" İsveçin "Malmö" klubu ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq.

Bu barədə məlumatı mətbuat konfransında Qurban Qurbanov jurnalistlərə açıqlamasında verdi:

"Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la oyunda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də, futbolçu üçün" .