Avropa Liqasının əsas mərhələsinin I turunda "Tottenhem" "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, oyundan öncə xoşagəlməz hadisə yaşanıb. Ağdam təmsilçisini avtobusu tıxaca düşdüyü üçün komanda matça gecikib. Görüş Bakı vaxtı ilə 23:35-də start götürüb.

Oyunda sonra Qurban Qurbanov bu məsələyə münasibət bildirib. Çalışdırıcı Avropa Liqası səviyyəsindəki turnirdə belə hadisələrin baş verməməli olduğunu bildirib. 

Tanınmış insayder Fabritsio Romano azərbaycanlı mütəxssis fikirlərini  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əsəbiləşib. "Tottenhem"lə görüşdən öncəki tıxaca görə"  başlığı ilə paylaşıb.