"Qarabağ" bu gün Avropa Liqasının liqa mərhələsi çərçivəsində "Tottenhem"lə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin 2 futbolçusu zədəlidir. Braziliyalı ulduz Riçarlison avqust ayının sonlarında sıradan çıxıb. Vilson Odobert isə 18 sentyabrda əzələsindən aldığı zədəyə görə "Qarabağ"la oyunu buraxacaq. Fransız ulduzun oktyabrın 19-da yaşıl meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması bu gün saat 23:00-da başlayacaq.