UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"a məğlub olarsa, mübarizəni Avropa Liqasında davam etdirəcək.
"Atlılar"ın AL-nin III təsnifat mərhələsindəki potensial rəqibi də müəyyənləşib. Belə ki, ÇL-də mübarizəni dayandıran komanda "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Belarus) cütünün məğlubu ilə üz-üzə gəkəcək.
Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.