UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Polşa "Rakuv"una məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Ağdam təmsilçisi yoluna Avropa Liqasında davam edəcək. "Qarabağ"ın bu turnirin III təsnifat mərhələsindəki rəqibi artıq müəyyənləşib. "Molde"yə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşan Finlandiyanın HİK klubu təmsilçimizlə qarşılaşacaq.