Joze Mourinyonun gəlişinə qədər "Roma" 31 il Avropa turnirlərində finala çıxa bilməyib. 

Offsideplus.az xəbər verir ki, ardıcıl ikinci il "Roma"nı finala yüksəldən baş məşqçi Joze Mourinyo "Bayer"lə oyundan sonra deyib:

"Mən 500 milyon xərcləyib, kubok qazanacaq baş məşqçi deyiləm. Biliyim və taktikalarımla titul qazanmağı tərcih edərdim, nəinki pulla".

Qeyd edək ki, Avropa Liqası finalında "Sevilya" və "Roma" komandaları üz-üzə gələcək.

 

Günay Xəlil