Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma zamanı Avropa Liqasının pley-off mərhələsində öz qruplarında ikinci yeri tutan komandalar Çempionlar Liqasında 3-cü yerin sahibləri ilə üz-üzə gəlib.
Qeyd edək ki, bu mərhələdə ilk oyunlar 2023-cü ildə fevralın 16-da, cavab qarşılaşmaları isə fevralın 23-də keçiriləcək.
UEFA Avropa Liqası
Pley-off cütlükləri
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Yuventus" (İtaliya) - "Nant" (Fransa)
"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Renn" (Fransa)
"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)
"Sevilya" (İspaniya) - PSV (Niderland)
"Roma" (İtaliya) - "Zaltsburq" (Avstriya)