"Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.

 Offsideplus.azOffsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ikinci dəfə koronavirusa yoluxan 55 yaşlı funksionerin durumu yaxşıdır.

Qeyd edək ki, Pirey təmsilçisi "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. Ağdam təmsilçisi Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib, Bakıdakı oyunda isə qolsuz heç-heçə qeydə alınıb.