"Olimpiakos"un müdafiəçisi Sokratis Papastatopulos "Qarabağ"la baş tutan Avropa Liqası qrup mərhələsinin IV tur oyunu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu heç-heçə ilə başa çatan matç barədə təəssüratlarını bölüşüb:

"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Yaxşı oynadığımız anlar oldu. Çətin bir dönəmdən keçirik və yenidən komanda qururuq. Müdafiədə daha etibarlı olmalı idik. Fasilədən sonra hakim oyunu tez-tez dayandırırdı. Yersiz bəzi vərəqələr verdi. Ümumilikdə, nəticənin ədalətli olduğunu düşünürəm".

Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.