UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün "Qarabağ" "Olimpiakos"la cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, görüş qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

13 oktyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) 0:0 

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Tofiq Bəhramov adına Respublika stadionu

jr