"Olimpiakos" komandası UEFA Avropa Liqasının  qrup mərhələsinin IV turu üzrə "Qarabağ"la oyun üçün Bakıya yola düşüb.

Offsideplus.az xəbər verir ki, bu barədə  klubun sosial şəbəkə hesabı məlumat yayıb. 

Qeyd edək ki, saat 17:30 “Olimpiakos”un baş məşqçisi Xose Miçelin mətbuat konfransı, 18:00-da isə media üçün açıq məşq baş tutacaq.

"Qarabağ" - "Olimpiakos" matçı oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.