UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə baş tutacaq "Qarabağ" - "Olimpiakos" matçı üçün təyinatlar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, oyun  İngiltərədən olan hakimlər briqadası tərəfindən idarə ediləcək. Baş hakim Kreyq Pauson olacaq. Ona Li Betts və Yan Hassin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.

Qeyd edək ki, Pauson 2017-ci ildə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları üzrə keçirilən "Qəbələ" - "Panatianikos" oyunun baş hakimi vəzifəsini icra edib. Sözügedən matç Yunanıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də baş tutacaq.