"Qarabağ"ın  UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Olimpiakos"la oyunu üçün biletlər tükənib.

 Offsideplus.az xəbər verir ki, oktyabrın 13-də baş tutacaq matç üçün satışa çıxarılan bütün biletlər satılıb.

Belə ki, satışa çıxarılan gün biletlərin 22 mini, bu gün isə hamısı alınıb. 

Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də baş tutacaq.