UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Yunanıstan Superliqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə OFİ ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"u qəbul edəcək. Görüş okytabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında bir neçə gün əvvəl Yunanıstanda keçirilən görüş isə Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.