Avropa Liqasının G qrupunda "Qarabağ"la eyni qrupda yer alan Yunanıstanın "Olimpiakos" klubu sözügedən turnir üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Offsideplus.az xəbər verir ki, yeni transfer braziliyalı ulduz futbolçu Marselonun yer aldığı siyahıda 31 futbolçu var:
Bunlardan 3-ü qapıçı, 11-ü müdafiəçi, 8-i yarımmüdafiəçi və 9-u hücumçudur.
Qapıçılar: 1. Tomaş Vatslik (Çexiya), 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalko (Xorvatiya), 4. Panaqiotis Retsos, 12. Marselo (Braziliya), 14. Tanasis Andrutsos, 15. Sokratis Papastatopulos, 24. Usseynu Ba (Seneqal), 26. Qonsalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 66. Pape Abu Sisse (Seneqal), 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila (Fransa), 8. Pyer Kunde (Kamerun), 28. Matyö Valbuena (Fransa), 33. Hvanq İn-beom (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 11. Yussef Əl-Arabi (Mərakeş), 17. Marius Vrusai, 18. Hvanq Ui-co (Cənubi Koreya), 19. Yorqos Masuras, 20. Coş Bouler (İngiltərə), 21. Pep Biel (İspaniya), 47. Abubakar Kamara (Fransa), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Kabo Verde).
Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında ilk oyun oktyabrın 6-da səfərdə baş tutacaq. Tərəflər arasında ikinci görüş isə oktyabrın 13-də Bakıda keçiriləcək.