"Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, "ağ-qaralar" Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşıb. "Bakcell Arena"da oynanılan görüş saat 21:00-da başlayıb. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edib.

Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyib.

2:2 hesabı ilə başa çatan qarşılaşmanın taleyi 12 avqustda Helsinkidə keçiriləcək cavab oyununda müəyyənləşəcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

3 avqust

21:00. "Neftçi" - HİK (Helsinki, Finlandiya) 2:2 (S.Buqrin, 59. E.Mahmudov, 80. - Riski, 61.  Jair, 65.)

Hakimlər: Uilyam Kollum, Devid Makgiçi, Şon Karr, Yuan Anderson (Şotlandiya)

Bakı. "Bakcell Arena"