Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edən "Neftçi" bu matçda da rəqibinə 0:1 hesabı ilə uduzaraq (ümumi hesab 0:2) turnirlə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" yoluna Avropa Liqasında davam edəcək. Belə ki, paytaxt təmsilçisi sözügedən turnirin 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.
Komandalar arasında ilk qarşılaşma avqustun 5-də Bakıda keçiriləcək. Komandalar arasında cavab matçı ayın 12-də Helsinkidə oynanılacaq.