Avropa futbolunun ikinci ən önəmli turniri hesab olunan UEFA Avropa liqasında dünən sonuncu yarımfinal oyunu baş tutub.
Offsideplus.azOffsideplus.az xəbər verir ki, İtaliyanın "İnter" komandası ilə Ukraynanın "Şaxtyor" klubları üz-üzə gəlib.
Gərgin keçəcəyi gözlənilən oyun sonda "İnter"in 5-0 qələbəsi ilə başa çatdı və finalda "Sevilya"ya rəqib oldu.
"İnter" 1998-dən bəri ilk, ümumilikdə isə 5-ci dəfə adını turnirin finalına yazdırıb.