UEFA İngiltərənin "Arsenal" klubuna xəbərdarlıq edib.
Offsideplus.az The Mirror"a istinadən xəbər verir ki, qitə futbol qurumu "Arsenal"ı Bakıda "Çelsi" ilə keçirəcəyi Avropa Liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA oyun zamanı fanatların istənilən protestlərinin qarşısını almaq üçün belə addım atıb.
Qeyd edək ki, "Arsenal" klubu futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. Oyun isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.