Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Spartak”a 1:5 hesabı ilə uduzan “Sevilya” son 59 ildə ən pis nəticəyə imza atıb.
Offside.com.az xəbər verir ki, Əndəlus təmsilçisi avrokuboklarda sonuncu dəfə 59 il öncə 5 və ya daha artıq top buraxmışdı.
Bu, 1958-ci ilə təsadüf edir. O zaman “Sevilya” “Real”a 0:8 hesabı ilə uduzmuşdu.
qol.az


