İspaniya millisinin üzvü Naço Fernandes AÇ-2024-ün yarımfinalında Fransa ilə oyundan gözləntilərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, rəqibin daha çox müdafiə futboluna üstünlük verdiyini qeyd edib:

"Fransa fiziki cəhətdən güclü komandadır. Bu, onların üstün tərəflərindən biridir. Rəqibin heyətində olduqca səviyyəli oyunçular var. Müdafiədə etibarlı oynayırlar, həmçinin hücumlarda sizə problem yarada bilərlər".

Qarşılaşma iyulun 9-da baş tutacaq. Oyunun start fiti 23:00-da səslənəcək.