UEFA Türkiyə millisinin üzvü Merih Demiral barədə araşdırma başladıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Türk müdafiəçi Avstriyaya qarşı oyunda vurduğu qoldan sonra "bozqurd" işarəsi göstərib. Alman səlahiyyətlilərinin istəyi ilə Avropa futbol qurumu futbolçu barədə nizam-intizam qaydalarını pozması ilə bağlı araşdırmaya start verib.
TFF məsələ ilə bağlı bəyanat yayaraq, Almaniyada göstərilməsi qadağan olmayan bu işarə ilə bağlı irəli sürülən araşdırmanı tənqid edib:
"Bir idman turnirində sevinci bayram edərkən tarixi və mədəni bir simvolun heç kimi hədəfə almayan şəkildə istifadə olunmasına qarşı yönələn siyasi məqsədli reaksiyaları qınayırı", TFF bildirib.