İngiltərə millisinin üzvü Cud Bellinqemin Slovakiyaya qalib gəldikləri 1/8 final oyununda ədəbsiz hərəkəti UEFA tərəfindən araşdırılmağa davam edir.
Offsideplus.az xəbər verir ki, ingilis yarımmüdafiəçinin nizam-intizam qaydalarını pozduğu iddia olunur.
"ESPN" nəşrinin məlumatına görə, futbolçunun bu epizodu UEFA tərəfindən uzaqlaşdırılmağa səbəb ola bilməz. Bellinqemin həmin hərəkəti Slovakiya millisinə etdiyi sübut olunarsa, böyük ehtimalla pul cəzası alacaq.