AÇ-2024-ün qrup mərhələsinin III turu üzrə E qrupunun komandaları üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Belçika Ukrayna ilə (0:0), Slovakiya isə Rumıniya ilə heç-heçə edib (1:1).
Bu nəticələrdən sonra bütün komandaların aktivində 4 xal olub.
Qrup mərhələsini müvafiq olaraq 1, 2 və 3-cü yerdə başa vuran Rumıniya, Belçika və Slovakiya mərhələ adlayıb. Ukrayna isə Avropa çempionatı ilə vidalaşıb.