Manuel Noyer AÇ-də maraqlı rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı qolkiper turnirdə ən çox oyun keçirən qapıçı ünvanına sahib çıxıb. Dünən qrup mərhələsinin Almaniya – İsveçrə matçında meydana çıxan 38 yaşlı oyunçu Avropa Çempionatları tarixində 18-ci görüşünü keçirmiş olub.
Qeyd edək ki, Noyer “panzerlər”in heyətində ümumilikdə 122 qarşılaşmada qapıda dayanıb.