"Wyscout" şirkəti AÇ-2024 ilə bağlı maraqlı statistika dərc edib.
Offsideplus.az xəbər verir ki, platforma turnirin ilk 2 turunda 40 metr və daha çox məsafədə ən intensiv pressinq edən komandaların siyahısını tərtib edib. Almaniya çempionatda rəqiblərə ən çox təzyiq edən komandadır. İngiltərə isə bu göstəricidə sonuncudur.
İki turdan sonra təzyiqin intensivliyinə görə AÇ-2024-ün ən yaxşı komandaları:
1. Almaniya – 7,46.
2. Avstriya – 8,52.
3. Belçika – 8,6.
4. Xorvatiya – 10.06.
5. Portuqaliya – 10.2.
İki turdan sonra təzyiqin intensivliyinə görə AÇ-2024 ən pis komandaları:
1. İngiltərə – 22,63.
2. Macarıstan – 21,65.
3. Albaniya – 20,57.
4. Şotlandiya – 18,78.
5. Sloveniya – 18.17.