"Qarabağ"ın hücumçusu Recon Cica Albaniyanın AÇ-2024-də iştirakı barədə fikirlərini bölüşüb.

Albnaiyalı 25 yaşlı forvard Offsideplus.az-a açıqlamasında ölkəsinin şanslarını dəyərləndirib, uğurlar arzulayıb:

"Düzdür, Albaniya Avropa çempionatında mübarizə aparacaq və bu xoşdur. Lakin qrup mərhələsi çətindir. Qrupda İspaniya, İtaliya və Xorvatiya kimi böyük komandalar var. Düşünürəm ki, Albaniya AÇ-2024-ə yollanıb, oyunlarda əlindən gələnin ən yaxşısını edəcək. Ölkəmin qələbələr qazanaraq, qrupdan çıxacağına ümid edirəm".

Qeyd edək ki, Avropa çempionatı 14 iyun tarixindən start götürəcək. 

Xatırladaq ki, Redon Cica 2022-ci ildə Albaniya milli komandasında çıxış edib.