Bu gün Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, Canni de Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika - Azərbaycan 5:0 

Qollar: Romelu Lukaku, 17, 26, 30,37, Trossard, 90

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”

Heyətlər:

Belçika: Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku, Romelu Lukaku (k)

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Aleksey İsayev, Emin Mahmudov (k), Eddi İsrafilov, Renat Dadaşov, Mahir Emreli