Belçika yığma komandasının qapıçısı Arnaud Bodard Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı qolkiper xəstəlik səbəbindən komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, sabah keçiriləcək Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Belçika millisinin əsas qapıçısı Tibo Kurtua da zədə səbəbindən milliyə çağırılmamışdı.