AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi bu gün İsveçlə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Azərbaycan millisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz 57-ci dəqiqədə azlıqda qalsa da, üstünlüyünü qoruyub və 89-cu dəqiqədə kapitan Emin Mahmudovun möhtəşəm qolu ilə fərqi artıraraq qələbəni əldə edib.

Bu oyunu qadın hakim idarə edib. Referi isveçrəli Ester Ştaubl olub.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Bu gün qrupun digər oyununda Avstriya səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.

16 noyabr

AVRO-2024, seçmə mərhələ 

F qrupu

21:00 Azərbaycan - İsveç  3:0 

Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89