AVRO-2024-ün seçmə mərhələsinin V turunda Azərbaycan millisi Belçika yığmasına 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında rəqib komandanın baş məşqçisi Domeniko Tedesko matç barədə fikirlərini bölüşüb:

"3 xala görə çox xoşbəxtik. Performans ürək açan deyildi. İlk hissədə problemlərlə qarşılaşdıq, texniki cəhətdən, topa üstünlük cəhətdən problemlərimiz vardı. Asan oyun deyildi. İkinci qolu vurmalı idik".

Təcrübəli mütəxəssis Azərbaycan millisinin yaratdığı mümkün qol şansları barədə bunları deyib: 

"Müdafiə olunmağımızı və onların qapımız önündə yaratdığı epizodları yoxlamalıyıq. Bunu təhlil edəcəyik. Çox adama elə gəlirdi ki, asan olacaq. Meydança yaxşı deyildi, quru idi. Rəqib futbol oynayırdı. İlk hissədə də şanslar vardı, Dadaşovun epizodu vardı. Nəticədə şanslı olduq biz də"