UEFA Avropa çempionatının seçmə mərhələsi üzrə sabah baş tutacaq Türkiyə-Ermənistan oyununda Azərbaycan bayraqlarının dalğalanması qadağan olunub.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, sentyabrın 8-də "Eskişehir Atatürk Stadionu"nda baş tutacaq oyuna Azərbaycan bayraqları buraxılmayacaq. Polisə bu barədə tapşırıq verilib.
Yerli əhalini qəzəbləndirən bu qərara qarşı türk vətəndaşları kampaniya başladıb və bayrağın sözügedən oyunda qaldırılacağını açıqlayıblar.
Qeyd edək ki, 2009-cu ildə də Bursa şəhərində Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağının qadağan edilməsi böyük skandala səbəb olmuşdu.