Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrda keçiriləcək oyunlar üçün Azərbaycanda çıxış edən futbolçulara da dəvət göndərib. 

Offsideplus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıblar.

 

Qeyd edək ki, Moldova millisi sentyabrın 7-də Avstriya, 10-da isə Farer adaları ilə qarşılaşacaq.