2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üzrə Azərbaycan millisi bu gün Estoniya yığması ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda F qrupundakı 3-cü sınağında doğma meydanda Estoniyanı qəbul edib. "Dalğa Arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Matçı Çexiya Futbol Federasiyasından Andrey Berka idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun

20:00. Azərbaycan - Estoniya 1:1 

Qol: Miller, 27, Anton Krivortsyuk, 62
Baş hakim: Andrey Berka
Bakı, "Dalğa Arena"
Xal durumu: Avstriya - 6. Belçika - 3. Belçika - 3 (1 oyuna). İsveç - 3. Estoniya - 0 (1 oyuna). Azərbaycan - 0.