AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycanla qarşılaşacaq İsveç millisinin heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, "Malyorka"ın müdafiəçisi Lüdviq Auqustinsson Belçika ilə görüşdə zədələndiyindən yığmanın heyətindən kənarlaşdırılıb. 

Auqustinssonun əvəzinə İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema milliyə dəvət olunub.

Qeyd edək ki, martın 27-də keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə vaxtilə saat 22:45-də başlayacaq.