AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 hesabı ilə uduzduqları oyunda zədələnən Eddi İsrafilov milli komandasının düşərgəsini tərk edəcək. 

Offsideplus.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi martın 27-də İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də "Frends Arena"da saat 22:45-də baş tutacaq.