Martın 27-də AVRO-2024-ün seçmə mərhələsi üzrə keçiriləcək İsveç - Azərbaycan matçı qadın hakimə tapşırılıb. 

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Friends Arena"da oynanılacaq görüşü fransalı Stefani Frappara idarə edəcək. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.