Azərbaycanın AVRO-2024-ün seçmə mərhələsində rəqiblərindən olan İsveç millisinin futbolçusu sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Karl Starfelt “Seltik”in heyətində ölkə kubokunun 1/4 final mərhələsində “Harts”la qarşılaşmada zədələnib. 

Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson müdafiəçinin zədələnməsindən xəbərdar olduğunu bildirib: “Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.

Qeyd edək ki, İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığmasını Solnada qəbul edəcək.