Belçika millisinin baş məşqçisi Roberto Martines AVRO-2024-ün püşkünü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsi üzrə Azərbaycan millisinin yer aldığı F qrupundan danışıb:
"Maraqlı qrupdur. Müxtəlif üslublarda oynayan komandalara rəqib olduq. Qrupumuzda 6 yox, 5 komandanın olması yaxşı haldır. Buna görə gənc oyunçuların yığmaya uyğunlaşması üçün hazırlıq matçlarını planlaşdıra bilərik. Avstriyanın təcrübəli məşqçisi var. Bu komandaya qarşı oynamağımızdan xeyli vaxt keçib. İsveç Millətlər Liqasında hamımızın gözlədiyi kimi yaxşı nəticə göstərə bilmədi. Estoniya yaxşı tanıdığmız rəqibdir. Yalnız Azərbaycan millisi bizim üçün yeni rəqibdir. Amma deyə bilərəm ki, bu komanda xeyli inkişaf edib. Azərbaycan çox uzaqdadır. Bu da bizim üçün bir problemdir".
Qeyd edək ki, F qrupunda Azərbaycan, Belçika, Avstriya, İsveç və Estoniya milliləri yer alıb. Avro-2024-ün seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək.