Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan atleti Anna Skidan finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.

 Final avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Anna Skidan daha əvvəl Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan adına ilk qızıl medalı qazanmışdı.